Özündən 11 yaş kiçik oğlanla evlənən aparıcı boşanır

Özündən 11 yaş kiçik oğlanla evlənən aparıcı boşanır
Özündən 11 yaş kiçik Sərkan Uçarla evlənən aparıcı Ece Erken boşanmaq üçün məhkəməyə müraciət edib. SİA-nın verdiyi xəbərə görə, aparıcı polisə müraciət edərək əri tərəfindən tez-tez təhqir olunduğunu, hətta döyüldüyünü bildirib. Psixoloji problemləri olan Sərkanın onu dəfələrlə döyməsi səbəbindən uşağını itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyən Ece həyat yoldaşına müalicə almağı məsləhət görsə də, qarşı tərəf bunu qəbul etməyib. E.Erken polisə şikayət ərizəsi yazaraq bunları qeyd edib: "Serkan Uçar son vaxtlar həm həyat yoldaşını, həm də xanımının ailəsini şantaj edirdi. Ötən ay əri tərəfindən Ece Erkenin mobil telefonuna "Səni öldürəcəyəm. Səni doğrayacağam. Bunları məhkəməyə göstər. Məni tərk etsən, səni öldürərəm. Əvvəlcə səni, sonra özümü qətlə yetirərəm".

Qeyd edək ki, məhkəmə Sərkan Uçarın Ece Erkenə 3 ay müddətinə yaxınlaşmamasına, evdən uzaqlaşdırılmasına, mənzilinisə Ece ilə oğluna verilməsinə hökm çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə