Şou-biznesdə növbəti toy olacaq
Əməkdar artist Abbas Bağırov növbəti dəfə bəy kürsüsündə əyləşəcək. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda verilişlərin birində danışıb: "Toy haqda geniş danışmaq istəmirəm. Könül Kərimova toyla bağlı məlumatları bilir. Ona etibar etdiyim üçün açıqlamışam. Qeyri-adi toy olacaq. Mediaya qapalı keçiriləcək. Lakin məclisdən müəyyən görüntüləri efirə təqdim edəcəyəm".

Qeyd edək ki, Abbas Bağırovun ilk evliliyi uğursuz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə