Aparıcı Günay Baxşəliyeva onu sevənlərlə vidalaşıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı yay aylarında daha rahat dincəlmək üçün sosial şəbəkədən uzaq qalmaq qərarına gəlib: "Bir çox "İnstagram" izləyicilərimiz bilir, bilməyənlərə də mən söyləyim ki, "zaur_gunay" səhifəsi həm Zaura, həm də mənə aiddir. Yəni, hər ikimizin mobil telefonunda eyni adla aktivdir. Ancaq bundan sonra bilmirəm hansı müddətə kimi mən daha öz şəkillərimi paylaşmayacağam. Çünki bu yayı rahat dincəlmək istəyirəm. Ən əsası isə telefondan uzaq olacam. Son zamanlar "İnstagram" çox zamanımı alır. Amma Zaur burada olacaq. "İnstagram"ı telefonumdan silirəm, görüm nə qədər qala biləcəyəm. Mənə uğur arzu edin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB