Yoxa çıxan stilist nələr edir?
Xeyli vaxtdır yoxa çıxan stilist Samiraldodan xəbər var. SİA-ya açıqlama verən stilist hazırda istirahət etdiyini deyib: "Hər il işlərimlə bağlı yay mövsümündə çəkilişlərdə olurdum. Bu il isə yaradıcılığıma fasilə vermişəm. Şəhərdən kənarda dincəlirəm. Qaxa, İsmayıllıya da getmək fikrim var. Yaxşıca dincəlmək istəyirəm ki, yeni mövsümdə layihələrimi təqdim edə bilim. Sentyabr ayında yeni seriala çəkiləcəm. Eyni zamanda gənc bəylə birgə çalışacam. Sözügedən bəy şou-biznesdə yenidir. Səsi Samir Bağırovun səsinə oxşayır. Ümid edirəm ki, tamaşaçılar onu çox bəyənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə