“Şirin” bəy olacaq
"Bozbash pictures"dən yaxşı tanıdığınız Şirin Nicat Rəhimov özünə vağzalı çaldıracaq. SİA-ya açıqlama verən aktyor bu haqda ətraflı məlumat verib: "Bu il toyum olacaq. Çünki artıq namizədim var. Efir, incəsənət adamı deyil. Xanım uzaq qohumumuzdur. Anamın xeyir-duası ilə evlənirəm. Hələ nişan olmayıb. Elçilik və "hə" baş tutub. Üzük taxandan sonra dərhal toy edəcəm. Seçdiyim xanım bilir ki, kiminlə ailə qurur, qısqanclıq yoxdur. Toyum mediaya açıq olacaq. Kim istəyir gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə