Türkiyənin ən çox baxılan "Survivor All Star" yarışmasında gərgin anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, iştirakçılar canlı yayımda dalaşıblar. Belə ki, "Gönüllülər" komandasından olan Duyğu Çetinkaya ilə Bozokun mübahisəsi layihənin rəhbəri və aparıcısı Acun İlıcalını əsəbləşdirib.
Acunun dəfələrlə xəbərdarlığına baxmayaraq, danışmağa davam edən Duyğunun ayağa qalxaraq Bozokla mübahisə etməsi aparıcının səbrini tükədib. A.İlıcalının "Duyğu, səni necə susdura bilərik" sualına iştirakçının cavabı "Məni göndərə bilərsiniz" olub. Bu cavabdan sonra Acun Duyğunu canlı yayımdan uzaqlaşdırıb.
Qeyd edək ki, aparıcı baş verənlərə görə tamaşaçılardan üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB