Roza Zərgərli yay turne konsertlərinə start verdi FOTOLAR

Roza Zərgərli yay turne konsertlərinə start verdi FOTOLAR

Müğənni Roza Zərgərli bölgələrdə yay turne konsertlərinə start verib. Konserti haqqında sənətçi SİA-ya açıqlama verib: "Nəhayət, bu mövsüm solo konsertlərə start verdik. Biz bu konsertləri "Bakı vaxtı ilə hər bir obada" adı altında həyata keçiririk. İlk konsertimiz Siyəzəndə möhtəşəm oldu. Turne zamanı bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri "Baku 2015" Avropa Oyunlarının idmançılarına həsr olunub. Belə ki, Siyəzən konserti "Baku 2015"in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq".

Qeyd edək ki, aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini "Bakı instrumental ansamblı" müşayiət edib. Gecədə qonaq qismində müğənni Sevinc Ağaşirinova da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə