Ekspert aparıcı haqqında nələr dedi?

Ekspert aparıcı haqqında nələr dedi?

"Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasında baş verən qalmaqalın qismən səbəbkarı kimi verilişin aparıcısı Vüsalə Kərimova göstərilir. SİA-nın verdiyi xəbərə görə, ittiham edən isə M.Əsədovadır.

Məsələylə bağlı "Günaydın" verilişinin ailə məsələləri üzrə eksperti Hacı Quliyev mətbuata açıqlama verərək, aparıcını dəstəkləyib: "Vüsalə Kərimova "Günaydın" verilişinin aparıcısı təyin olunandan bu günə qədər verilişdə bir çox qalmaqallar olub. Amma burada Vüsalə xanımın heç bir təqsiri yoxdur. O, idarə edəndir. Təbii ki, gərgin anlar olur, bunun qarşısını da almaq hər dəfə asan olmur. Həmçinin kimin hansı ifadəni bildirəcəyinin də sığortası yoxdur. Fikir azaddır, amma mədəniyyətsizlik yol verilməzdir. Verilişdə yazarın müğənniyə qarşı təhqiramiz ifadə işlətməsinə cavabdeh olan şəxs aparıcı deyil. Hər bir insan öz sözünün məsuliyyətini daşıyır. Xüsusilə də, müğənni anlamalıdır ki, o, hər bir jesti ilə ya yüksələr, ya da alçalar. Ümumiyyətlə, hər bir insan atacağı addıma qarşı diqqətli olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə