“Baku 2015”ə aid moda nümayişi keçirilib

“Baku 2015”ə aid moda nümayişi keçirilib
Paytaxtımızda "Baku 2015" İlk Avropa Oyunlarına həsr olunmuş uşaqlardan ibarət moda nümayişi keçirilib. SİA-nın məlumatına görə, müsabiqədə 20-dən çox gənc modelyerin əl işinin nümayiş olunub. Balaca modellərin üzünə Avropa Oyunlarının simvollarını əks etdirən şəkillər çəkilib. Belə ki, qızların libası üzərində loqo, oğlanların geyimində isə "Bakı 2015" təsvir olunub. Sonda müsabiqənin qalibi gənc dizaynerlər Alla Çamlıbel və Natiq Musazadə olub.

Qeyd edək ki, yarışmanın münsiflər kürsüsündə tanınmış modelyerlər Faxriyyə Xələfova, Gülnarə Xəlilova, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova, rəqqasə Oksana Rəsulova, təşkilatçı Samirə Zeynalova əyləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə