Müğənni Yaşar Cəlilov prodüseri Vüsalə Kərimova ilə barəsində yayılan söz-söhbətə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı aparıcı ilə sevgili olmadıqlarını deyib: "Çoxdandır susduğum məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Vüsalə Kərimova ilə sevgili deyiləm. Yazdıqlarınıza, dediklərinizə, danışdıqlarınıza diqqət edin. Bu söhbətlərdən iyrənirəm. Bezmişəm. Daha doğrusu bezdirmisiniz. Öz işlərinizlə maraqlanın. Biz Vüsalə xanımla 4 ildir ki, müğənni-prodüser kimi fəaliyyət göstəririk. Həm də ailəvi dostuq. Hər müğənni işlədiyi prodüseri ilə münasibətə girməməlidir. Ağzınıza gələni danışmayın. Bir də mənə bu məsələ ilə bağlı heç nə deməyin, soruşmayın. Əks təqdirdə acı cavab alacaqsınız. Özünüzə və qarşınızdakına hörmət edin. Bu, mənim sizə son xəbərdarlığımdır. Artıq-əskik yazanla başqa cür danışacam. Tanışlardan sözü olan nömrəmi bilir. Özümə yazsın, cavabını verim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB