Xoşqədəm Doğuşa nələr dedi?
Bu gün türkiyəli müğənni Doğuşun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, 41 yaşı tamam olan ifaçını aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə təbrik edib: "Dəyərli dost, həyat yoldaşı, əsl insan... Nə yaxşı ki, bu gün doğuldun. 17 yaşına kimi "Kaş ki heç doğulmasaydım" demisən. Amma Allah o çətinliklərdən sonra sənə xəyalını belə qurmadığın həyatı bəxş edib. Heç zaman keçmişini unutmadın. Hər zaman köməyə ehtiyacı olanların yanındasan. Bu gün də mənimləsən. Sən dərdimi söylədiyim dostumsan, yaxınımsan, həyat yoldaşımsan. Nə yaxşı ki, anan səni dünyaya gətirib. Ad günün mübarək həyatım. Allah hər zaman köməyin olsun, səni pis insanlardan qorusun".

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş ötən ilin oktyabrında ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə