​Günay Musayeva Türkiyə vətəndaşlığını qəbul etdi

​Günay Musayeva Türkiyə vətəndaşlığını qəbul etdi
Azərbaycanlı model Günay Musayeva Türkiyə vətəndaşlığını qəbul edib. SİA-nın verdiyi xəbərə görə, 2011-ci ilin avqustunda aktyor Tolqa Karellə ailə quran model uzun müddətdir Türkiyə vətəndaşı olmağı gözləyirdi. Lakin bu ilin yanvarında T.Karellə başlayan boşanma məhkəməsi bu prosesi uzadırdı.

Qeyd edək ki, 403 saylı Türk Vətəndaşlığı Qanununa görə, Türkiyə vətəndaşlığını qəbul etmək üçün ən azı 3 il ailəli olmalısan. Əlavə olaraq məcburiyyət olmadan bir yerdə yaşamaq, milli təhlükəsizlik və əxlaqi baxımından düzgün olmaq və kifayət qədər türkcə bilmək zəruri şərtlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə