“Bu, dünya ictimaiyyətinə bir mesaj idi”

“Bu, dünya ictimaiyyətinə bir mesaj idi”
"Bakı 2015" Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşür. SİA-nın verdiyi xəbərə görə, alətin imkanlarını böyük stadiondan dünya ictimaiyyətinə eşitdirən Elnur Mikayılov əslində bunun mesaj xarakteri daşıdığını bildirib: "Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da təsdiqini tapdı. Kamança da bizim milli alətəmizdir. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır.

Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətəmiz olduğunu göstərdik".

Bütün xəbərlər Facebook səhifəmizdə