Rəqqaslarımız beynəlxalq festivalda birincilik qazandı FOTOLAR

Rəqqaslarımız beynəlxalq festivalda birincilik qazandı FOTOLAR
Rəqqasə Fatimə Fətəliyeva Gürcüstanda keçirilən Zaqzudi Beynəlxalq Rəqs festivalında münsif qismində iştirak edib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanı bu müsabiqədə 2 qrup təmsil edib. Festivalda birinci yerə Azərbaycanın "Səma" rəqs qrupu çıxıb. İkinci yerə Fatimənin "Banu" rəqs qrupu layiq görülüb. Erməni rəqqasları festivala qatılsalar da, mükafatsız qalıblar. Onu da deyək ki, xanım Fətəliyeva festivalda fəxri qonaq olaraq səhnəyə çıxıb və "Sarı gəlin" mahnısını oynayıb. Rəqqasənin rəqsi bəyənildiyi üçün, Gürcüstanda ona solo konsert vermək təklifi gəlib. F.Fətəliyeva tezliklə Gürcüstanda konsert verməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə