O, bu dəfə xalq artistinin bacısını hədəf seçdi

O, bu dəfə xalq artistinin bacısını hədəf seçdi
Parodiyaçı Ceyhun Məmmədovun növbəti hədəfi xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova olub. SİA-nın verdiyi xəbərə görə, Ceyhun xanım Dadaşovanın səsləndirdiyi "Anlamazdım" mahnısını "oxuyub". Parodiyaçı səs tembirini ifaçıya oxşatmaqla yanaşı, geyimi ilə də özünü Laləyə bənzədib.

Qeyd edək ki, Ceyhun Məmmədov bu vaxtadək xalq artistləri Aygün Kazımovanı, Brilliant Dadaşovanı, müğənni Röya Ayxanı və bir çox məşhurları parodiya edib.

Bütün xəbərlər Facebook səhifəmizdə