Türkiyəli aktrisa Bərgüzar Korel jurnalların biri üçün müsahibə verib. SİA-nın verdiyi xəbərə görə, aktrisa şəxsi həyatından danışıb: "İl ərzində Halit də, mən də o qədər çox işləyirik ki, bu, oğlumuz Əliyə də təsir edir. İşləyərkən belə uşağıma olan qayğımı əsirgəməsəm də, artıq onunla daha çox vaxt keçirmək istəyirəm. Uzun müddət dincəlmək niyyətindəyəm". Aktrisa ailə qurduqdan sonra həyatında heç nəyin dəyişmədiyini bildirib:"Mən ərə getməzdən əvvəl də nizamlı həyat tərzi sürürdüm. Ətrafımdakı insanlara qarşı məsuliyyətimi dərk edirdim. Ailə qurandan sonra isə, əksinə həyatım daha da yüngülləşdi. Artıq problemləri təkbaşıma yox, iki nəfər kimi həll edirik. Ümumiyyətlə, 30 yaşımdan sonra özümü daha gözəl və daha xoşbəxt hiss edirəm. Artıq nə istədiyimi bilirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB