Məşhur müğənni evləndi

Türkiyəli müğənni Ebru Yaşarın toyu olub. SIA-nın məlumata görə, o, bir müddətdir birgə yaşadığı iş adamı Necat Gülsevenlə ailə qurub. Cütlük özəl günləri üçün Marmarisdə bir hoteli bağlatdırıb. N.Gülseven həyat yoldaşına toy hədiyyəsi olaraq altı karatlıq tək qaş üzük hədiyyə edib. Atəşfəşanlıqla bitən toydan sonra sevgililər ilk rəqslərini ediblər. Onlar bal ayını Yunanıstan adalarında keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə