Röya özü haqda nələr dedi?

Müğənni Röya Ayxan özü haqda maraqlı fikirlər səsləndirib. SIA-nın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb: "Çox səmimi bir söz deyəcəyəm. Bəlkə də buna görə şou aləmində çoxları mənə birtəhər baxacaq, amma övladımla fərqli yol gedirəm. Bunu bütün uşaqlarda görmək istəyərdim. Bir də görürsən, 5 yaşındakı uşaq mənə sual verir: "Siz boşanmısınız?". Məyus olub üzünə baxıram. Ona görə yox ki, bu sualı verdi. Ona görə məyus oluram ki, 5 yaşında uşaq evdə böyüklərin başqalarının həyatını müzakirə etməsini dinləyir. Bu uşaq başqa şeydən danışmalıdır, mənim həyatımdan yox. Bunun günahkarı analardır. Çox vaxt deyirik ki, "Əşi, uşaqdırlar da". Yox, onların beyni ağ kağızdır, hər şey ora yazılır. Avropa Oyunlarının ulduz səfiri olandan oğlum mənimlə hər şeyi izləyir. Allah hamının balasını saxlasın. Onlar üçün yaşayırıq, amma uşaqların öz dünyası olduğunu da unutmayaq. Yəqin ki, məni düz başa düşdünüz".

Bütün xəbərlər Facebook səhifəmizdə