Ağadadaş Ağayevin ailəsində ağır itki

Ağadadaş Ağayevin ailəsində ağır itki

Xalq artisti Ağadadaş Ağayevə ağır itki üz verib. SİA-nın məlumatına görə, müğənninin bacısının həyat yoldaşı Üzeyir Məmmədov avtomobil qəzasında dünyasını dəyişib.

Hazırda Türkiyədə olduğunu deyən Ağadadaş Ağayev açıqlamasında xəbəri təsdiqləyib: "Belə bir hadisə olub. Amma detalları barədə heç nə deyə bilmərəm, çünki mənim də ətraflı məlumatım yoxdur. İndi heç bir suala cavab verə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə