Almaz Ələsgərova stilistə səviyyəsiz dedi

Almaz Ələsgərova stilistə səviyyəsiz dedi

Şou-biznesin növbəti məşhur simaları qalmaqal yaradıb. SİA-nın verdiyi xəbərə görə, əksər müğənnilərin geyimlərini tənqid edən Samiraldo əməkdar artist Almaz Ələsgərovanın qəzəbinə tuş gəlib. Xanım Ələsgərova sosial şəbəkədə qalmaqallı stilist Samiraldo barədə sərt fikirlər yazıb: "Bu Esmiraldodu, Samiraldodu, nədir bilmirəm, bundan zəhləm gedir. Hamını tənqid eləyir, getsin öz gününə baxsın. Heç yazıq - zadda deyil, yazıq ilan vursun onu. Səviyyəsiz!".

Samiraldo da adıçəkilən ifaçının şərhinin altına bu sözləri yazaraq cavab verib: "Siz mədəni, həm də çox zövqsüz xanımsız".

Bütün xəbərlər Facebook səhifəmizdə