Türkiyə mətbuatı 2011-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən müğənni Nigar Camal haqqında eşq iddiaları yayıb. SİA-nın məlumatına görə, hazırda məşhur istirahət məkanlarından biri olan Bodrumda dincələn müğənni Türkiyə mətbuatında haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
"Bakı- 2015" I Avropa Oyunlarının badminton idman növü üzrə "Ulduz Elçi"si seçilən cazibədar müğənni Nikki aktyor Boğaç Aksoyla bir yerdə çəkilmiş fotoşəkillərini sevgi münasibəti kimi qələmə verən jurnalistləri tənqid edib və xəbəri əsassız sayıb.
"Qəzet və saytlarda Boğaç Aksoyla çıxan xəbərlərim doğru deyil. Bir dəqiqəlik söhbət əsnasında çəkilmiş şəkillərimdən hazırlanan eşq xəbərlərinə görə məyus oldum"- deyə, müğənni açıqlama verib.
Qeyd edək ki, son olaraq müğənni Berksanla duet mahnısını təqdim edən Nikkinin onunla da eşq münasibətlərində adı hallanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB