Məşqçi Kamil aparıcı olacaq
"Kişi klubu" adlı yeni layihənin yayımı başlayıb. SİA-nın verdiyi xəbərə görə, adından göründüyü kimi verliş kişilərə həsr olunub və aparıcılıq missiyası idmançı Kamil Zeynallıya həvalə edilib. Hər bazar günləri efirə çıxan layihəni kişilərlə yanaşı, bütöv ailə izləyə bilər. Verlişdə özünü müdafiə, fitnes, idman, etik qaydalar, mətbəx, stil, 1001 xırdavat rubrikaları təqdim edilir. Verliş bir növ maarifləndirici xarakter daşıyacaq.

Qeyd edək ki, layihənin rəhbəri Səbinə Əliyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə