Müğənni qohumlarını filmə çəkdi

Müğənni qohumlarını filmə çəkdi
Müğənni Çingiz Mustafayev yay mövsümü olduğu üçün istirahət etməyi düşünür. SİA-nın verdiyi xəbərə görə, o, ölkədən kənarda dincəlməyi planlaşdırır: "Can sağlığı çox önəmlidir. Ona görə də fikirləşirəm ki, bir az istirahət edim. Vətəndən kənarda dincəlmək istəyirəm. Ola bilsin ki, bu yay Braziliyaya üz tutum".

Yaradıcılığından da söz açan ifaçı film çəkdiyini deyib: "Ekran işi ərsəyə gətirmişəm. Filmdə qohumlarımı lentə almışam".

Bütün xəbərlər Facebook səhifəmizdə