Tanınmışlar eyni filmdə
Türkiyənin iki məşhur siması müğənni Murad Boz və aktyor Burak Özçivit eyni filmdə oynayacaqlar. SİA-nın verdiyi xəbərə görə, film "Kardeşim benim" ("Kiçik qardaşım mənim") adlanır. Filmdə illər sonra qarşılaşan iki qardaşdan bəhs olunur. Ekran işində aktrisa Aslı Enver də rol alıb.

Qeyd edək ki, film Mert Baykalın rejissorluğu ilə çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə