Bütün mətbuatı sirkəliyən tələbə Özgəcan Aslanın zorlanaraq ölüm xəbərindən sonra müğənni Nihad Doğan mərhumə haqda sosial şəbəkədə bir çoxlarının əsəblərinə toxunan sözlər yazmışdı. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunun üçün həbs edilmişdi. Sənətçinin məhkəmə prosesi baş tutub. Ona hökm oxunaraq sərbəst buraxılmasına qərar verilib. Nihad haqqında həbs iddiası ilə çıxış edən vəkillər isə hökmə etirazlarını bildiriblər.
Qeyd edək ki, Nihad Doğan Özgəcanın öldürülməsindən sonra "Twitter" səhifəsində "Siz də mini ətək geyinib soyunandan sonra mövcud sistemin əxlaqsızlaşdırdığı manyaklar tərəfindən zorlanıb hay-küy salmayın" sözlərini paylaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB