“Yaz-Yay 2016” kolleksiyasının nümayişi keçiriləcək FOTOLAR

“Yaz-Yay 2016” kolleksiyasının nümayişi keçiriləcək FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl Milanda möhtəşəm moda kolleksiyasını nümayiş etdirəcək. SİA-nın verdiyi məlumata görə, iyunun 20-də İtaliyanın Milan şəhərində Rüfət 2014-cu ildə Əli Benham Bəxtiyar ilə birgə yaradılmış Affair brendinin "Yaz-Yay 2016" kolleksiyasının nümayişini keçirəcək.

Milan şəhərinin modasevərləri həmçinin məhşur türk modeli Tülin Şahini Affair brendinin kişi smokinqində görə biləcəklər.

Qeyd edək ki, Tülin Şahin Türkiyədə Sindi olaraq tanınır. Səbəb dünyaca məhşur model Sindi Kroufordla oxşarlığıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə