Məşhur ulduzların bilmədiyimiz tərəfləri FOTOLAR

Məşhur ulduzların bilmədiyimiz tərəfləri FOTOLAR

Hər bir insanın olduğu kimi məşhur simaların da özlərinə məxsus bilinməyən və gülməli cəhətləri var.

SİA tanınmış, məşhur xarici ulduzların görmədiyiniz və bilmədiyiniz tərəflərini fotoları ilə birlikdə təqdim edir.

Kompüteri açıb-bağlamağı bacarmayan Cameron Diazın (Cameron Diaz) evində belə bilgisayarı yoxdur. Çünki aktrisanın texnologiyaya qarşı fobiyası var.

Konsertlərin birində ön dişi mikrofona dəyərək qırılan müğənni Hilari Duff (Hilary Duff), bu səbəbdən uzun müddət müalicə alıb.

Dostları Cesika Simpsonu (Jessica Simpson) "dovşan" deyə, çığırırlar. Çünki o, bütün əşyaları yerdən ayağının köməyi ilə qaldırır.

Bred Pitin (Brad Pitt) çəkildiyi bir reklam filmi Malaziyada nümayiş olunduqdan dərhal sonra qadağa qoyulub. Buna səbəb kimi aktyorun yaraşıqlı olması və malaziya kişilərinin bunu təhqir olaraq qəbul etmə iddası önə sürülür.

Cesika Alba (Jessica Alba) isə məhəllədə beyzbol komandasına üzv olmaq üçün rüşvət olaraq bir dostunu öpüb.

Beyons (Beyonce) məktəbdə oxuduğu dövrlərdə sinif uşaqları "qulaqların çox çarpıcıdır"-deyə, onunla əylənirdilər. Bundan narahat olan müğənni saç düzümü ilə qulaqlarını örtməyə çalşırdı.

Süd dişini bir torbaya qoyaraq hər zaman yanında gəzdirən Haydi Klum (Heidi Klum), səyahətləri zamanı bu əşyanın ona uğur gətirdiyinə inanır.

Yaraşıqlı aktyor Ben Aflik (Ben Affleck) isə gözəl qadınlardan qorxur.

Cənubi Amerikada əyalətlərin birində tək uşaq olaraq böyüyən Şarlez Teronun (Charlze Theron) ən yaxın dostu, onun keçisi idi.

Hamam otağında və şam işığında kitab oxumaq müğənni Britny Spirs (Britney Spears) üçün əsl istirahətdir.

Bıçaq kolleksiyası toplayan məşhur aktrisa Ancelina Coli (Angelina Jolie), uşaqlıq illərindən arxeoloq olmaq arzusunda idi.

5 döyməsi və 11 pirsinqi olan Kristina Aqulera (Christina Aguilera), asudə vaxtlarında kompüter oyunları oynayır.

Əkizlərini dünyaya gətirdikdən sonra toxumağı özünə hobbi seçən aktrisa Culya Robertsin (Julia Roberts), uşaq ikən "dırnaqları yemək" kimi mənfi cəhəti olub.

Nəhayət yaraşıqlı aktyor Corc Kluney (George Clooney) isə qocalmaqdan qorxmur. O, hətta özlərini cavan göstərməyə çalışan yaşlılarla belə əylənməkdən zövq alır.

Bütün xəbərlər Facebook səhifəmizdə