Humay Qədimova hər həftə evlərinizin qonağı olacaq

Humay Qədimova hər həftə evlərinizin qonağı olacaq

Tarzən Humay Qədimova "Muğamın səsi" telelayihəsi ilə qarşınıza çıxacaq. SİA-ya bu haqda Humayın özü məlumat verib: "Layihəmdə qonaqlar repertuar təqdim etməklə yanaşı, tamaşaçı üçün maraq kəsb edən məqamlara toxunulacaq. Xüsusilə unudulmuş xalq, bəstəkar mahnıları,rənglər, təsniflər səsləndiriləcək, bu barədə peşəkarların tarixə mənbələrə söykənən fikirləri yer alacaq. Qəzəllərə də xüsusi yer ayrılacaq. Məhəmməd Füzuli, Nəsimi, Əliağa Vahid bə bir sıra ədiblərin qəzəllərindən söz açılacaq. Tamaşaçı 19-cu əsrin unudulan ifalarını məhz bu verlişdən eşidəcək. Layihə üzərində bir müddətdir peşəkar heyət çalışıb. Qonaqlarımızı da eynilə peşəkar musiqiçilər, xalq artistləri, incəsənət xadimləri təşkil edəcək. Burada muğam ifaçılarının fonoqrama ilə ifa etmək məcburiyyəti olmayacaq. Çünki muğamı gəzişmələri ilə məhdud dəqiqəyə salmaq mümkün deyil. Xanəndələrimizə 1 saat ərzində həm danışmaq, həm də canlı oxumaq imkanı verilib. İlk efir buraxılışım Avropa Oyunlarının birinci gününə təsadüf edir. Qonağım xalq artisti Könül Xasıyevadır".

Qeyd edək ki, "Muğamın səsi" verilişi hər həftənin cümə günü, saat 22:00-da yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə