İki il öncə, Türkiyənin sabiq baş naziri, hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ən tanınmış sənətkarları Bülənt Ərsoyla Ajda Pekkan arasında yaranmış mübahisədə sülh missiyasını üzərinə götürsə də, bunun öhdəsindən gələ bilməyib. SİA Türkiyənin "Posta" nəşrinə istinadən xəbər verir ki, iki il öncə, baş nazirlik tərəfindən verilən şam yeməklərinin birində mərasimə daxil olan Ajda Pekkan Bülənt Ərsoya salam verməyərək, onu görməzlikdən gəlib. Bülənt Ərsoy isə Ajda Pekkana "qudurmuş" təhqirini etmişdi. Nəticədə Ajda Pekkan qarşı tərəfin onu təhqir etməsi şikayəti ilə məhkəməyə müraciət etmişdi.
Lakin maraqlı məqamlardan biri də Rəcəb Tayyib Ərdoğanın məşhur sənətçilər arasında yaranmış qarşıdurmaya müdaxiləsi və həmin müdaxiləsində onları barışdırmaq istəməsi olub. Məşhurlara "barışın" xitabı edən Ərdoğanın bu təklifi isə cavabsız qalıb.
Bu arada Bülənt Ərsoyun meneceri Fevzi Siverek məhkəmə ilə bağlı deyib ki, bu barədə onlara məhkəmə tərəfindən müraciət olunub və sənətçi ifadəsinin alınması üçün ədliyyə qurumuna dəvət olunub. Menecer bildirib ki, məhkəmə icraçıları Bülənt Ərsoyun məhkəməyə getməyəcəyi halda onun zorla və polis dəstəyi ilə aparılacağını xəbərdarlıq ediblər. Fevzi Siverek Ajda Pekkanı günahlandıraraq qeyd edib ki, o, Ərdoğanın sülh missiyasına etinasız yanaşıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB