Məşhur italyan aktrisası Bakıda FOTO

Məşhur italyan aktrisası Bakıda FOTO

İtalyalı məşhur aktrisa Ornella Muti Bakıya gəlib. SİA-nın məlumatına görə, aktrisa bu haqda sosial şəbəkədə yazıb. O, Bakıda çəkdiyi fotoları paylaşaraq "Bakı gecələri" sözlərini qeyd edib.

Ornella eyni zamanda Azərbaycana səyahət etməyi çox sevdiyini vurğulayıb.

Qeyd edək ki, bu, Mutinin paytaxtımıza ilk səfəri deyil. O, 2013-cü ildə "Crystal Hall"da "San-Remo festivalının ulduzları Bakıda" tədbirinin aparıcısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə