Milyonçunun nəvəsi Elnarəyə mükafat verdi FOTOLAR

Milyonçunun nəvəsi Elnarəyə mükafat verdi FOTOLAR

Müğənni Elnarə Xəlilova mükafata layiq görülüb. SİA-nın verdiyi məlumatına görə, o, Azərbaycan Respublikası "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin (ARMDQİB) təsis etdiyi "Ağamusa zirvəsi" diplomu ilə təltif edilib. Mükafatı ona Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağamusa Nağıyevin qızı, ARMDQİB-nin sədri Dilarə Ağamusa təqdim edib.

Elnarə bu mükafata musiqi aləmində mədəniyyəti ilə seçildiyi, ailədə nümunəvi xanım, ana kimi xüsusi yeri olduğuna görə və A. Nağıyevin xeyriyyəçilik əməlləri, eləcə də ictimai fəaliyyətinə dəyər verdiyi üçün layiq görülüb.

Qeyd edək ki, ötən gün E. Xəlilova Azərbaycan Talassemiya Federasiyası tərəfindən "Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə" də diplom və mükafatla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə