İlhamə Quliyeva: “Avropa Oyunlarınının məşəlini daşımaq mənim üçün fəxrdir”
" "Bakı-2015" I Avropa Oyunlarınının məşəlini daşımaq mənim üçün böyük fəxrdir". Bu sözləri SİA-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. Sənətçi bildirib ki, məşəl heyətinin uniformasını geyinəndə göz yaşlarını saxlaya bilməyib: "Ölkə başçımız cənab İlham Əliyevin daşıdığı "Bakı-2015" I Avropa Oyunlarınının məşəlini gəzdirmək mənim üçün böyük fəxrdir. "Bakı-2015" I Avropa Oyunlarınının məşəl heyətinin uniformasını geyinəndə göz yaşlarımı saxlaya bilmədim. Sevindim ki, bu qürurverici işi mənə də həvalə ediblər. Onu da deyim ki, "Bakı-2015" I Avropa Oyunlarınının məşəlini məndən başqa xalq artistləri Aygün Kazımova, Aygün Bayramova, Alim Qasımov, Canəli Əkbərov və digərləri daşıyıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB