Sevda Yahyayeva görkəmində dəyişiklik edib

Sevda Yahyayeva görkəmində dəyişiklik edib

Müğənni Sevda Yahyayeva gündəlik yemək rasionu haqda danışıb. SİA-nın verdiyi xəbərə görə, son günlərdə 3 kiloqram kökəldiyini etiraf edən müğənni idmana başlayacağını açıqlayıb: "Yemək yeyəndə özümə qadağa qoymuram. Bu düzgün deyil. Ürəyim nə vaxt, nə istəyir yeyirəm. Elə buna görə 3-4 kiloqram kökəlmişəm. Ancaq hər yediyim yeməyin qədəri var. Mədəmiz nə qədər qəbul edirsə, o qədər də yeyirəm. Əvvəllər idmana gedirdim, sonra davam edə bilmədim. Lakin bu yaxınlarda yenidən ciddi şəkildə məşq etməyi planlaşdırıram."

Bütün xəbərlər Facebook səhifəmizdə