İradə İbrahimova klip çəkdirdi

Müğənni İradə İbrahimova "Olmamalıydı" adlı mahnısına çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib. SİA-ya açıqlama verən İ. İbrahimova Gülşən Aybabanın rejissorluğu ilə lentə alınan ekran işindən danışıb: "Klip hər kəsdə yüksək əhval-ruhiyyə yaradacaq. Çəklilişlər bir günə başa çatdı. İşini bilən və pozitiv heyətlə çalışdım. İnanıram ki, nəticə uğurlu oldu".

Qeyd edək ki, mahnının söz və musiqisi Şehrazata, aranjimanı Ozan Çolakoğluna məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə