"Möhtəşəm yüz il" serialının Mihrimah Sultanı Pelin Karahan Beyrutda "Ən yaxşı aktrisa" seçilib. SİA-nın verdiyi xəbərə görə, aktrisa mükafatını almaq üçün iyunun 12-də Beyrut Beynəlxalq Mükafatlandırma Mərasiminə qatılacaq.
Orada ərəb dünyasının tanınmış prodüserləri ilə tanış olacaq Pelin reklam və film təkliflərini dəyərləndirəcək. Dəvət olunan qonaqlar arasında italyan aktrisası Ornella Muti də yer alacaq. Mərasim ərəb televiziyalarında canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB