Əmrah dözülməz oldu
Müğənni Əmrah 6 illik fasilədən sonra "Unutamadım" serialı ilə ekranlara dönmək istəyib. SİA-nın verdiyi xəbərə görə, lakin sənətçinin arzusu baş tutmayıb. "Gold Yapım" prodüser şirkətindən müğənninin kaprizlərinə dözə bilmədiklərini açıqlayıblar: "Star" kanalında iyundan etibarən yayımlanması nəzərdə tutulan "Unutamadım"ın baş rol ifaçısı Əmrah Ərdoğanla iş prinsipimiz uyğun gəlmədi. Layihəyə bu cür davam edə bilmərik. Qısa müddətdə əmək sərf edən hər kəsə təşəkkürümüzü bildiririk". Prodüser Faruk Turqut münasibətinin pis olduğu sənətçinin ssenariyə müdaxilələri və istəkləri üzündən serialın çəkilişlərini dayandırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə