Məşhur müğənni və aktyor Özcan Dəniz öz maşınını təmir etdirdiyi usta ilə ortaq oldu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ustanın işdən çıxarıldığını öyrənən müğənninin kefi pozulub. Məyus olan aktyor avtomobil sənayesinə daxil olaraq 1 illik icarə haqqı 600 min dollar olan 4 dükanı icarəyə götürüb. O, mağazaların bütün işlərini həmin ustaya həvalə edib. Özcan Dəniz eyni zamanda firmanın bir hissəsini də (35%) ustanın adına qeydiyyatdan keçirib.
Qeyd edək ki, filmləri ilə yaxşı qazanc əldə edən Özcan Dəniz, bu səbəbdən qısa müddət ərzində ticarətə külli miqdarda sərmayə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB