Xalq artisti: “Məşəli qürurla daşıyacam”

Xalq artisti: “Məşəli qürurla daşıyacam”

Xalq artisti Faiq Ağayev "Bakı-2015" Birinci Avropa Oyunlarının məşəldarlarından biri olacaq. SİA-nın verdiyi məlumata görə, o, bunun üçün xoşbəxt olduğunu deyib: "Mən azərbaycanlıyam. Dövlətimizin hər bir uğuruna çox sevinirəm. Mən də məşəldarlar sırasındayam. 150-yə yaxın məşəldar sənət adamı arasında olduğum üçün xoşbəxtəm, fərəh hissi keçirirəm. Məşəl daşımaq mənim üçün önəmli hadisədir. Bu, ilk Avropa Oyunlarıdır. İllər sonra çox az azərbaycanlı fəxrlə deyə biləcək ki, mən də məşəl daşımışam. Mənə aid olan marşrut İçərişəhərdən başlayacaq. Nə qədər məsafə qət edəcəyimi bilmirəm. Allaha şükür qaça bilirəm, məşəli qürurla daşıyacam".

Bütün xəbərlər Facebook səhifəmizdə