Kərimin meneceri Mehriban Xanlarovadan üzr istədi

Kərimin meneceri Mehriban Xanlarovadan üzr istədi

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı qalmaqal hələ də davam edir. SİA-ya açıqlama verən K.Abbasovun meneceri Məmməd Məhərrəmov M.Xanlarovanın ünvanına təhqirləri sosial şəbəkədə Kərimin yox, onun yazdığını deyib: "Kərim "Maşın" şouda olanda 3 ay "İnstagram" səhifəsini mən işlədirdim. Mən də əsəbləşdim Kərimin səhifəsində Mehriban xanımı təhqir etdim. İndi səhvimi anlayıram ki, o, məndən böyükdür, gərək lazımsız sözlər yazmazdım. Sadəcə olaraq əsəblərimə sahib ola bilmədim. Buna görə də Mehriban xanımdan üzr istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə