Türkiyənin opera müğənnisi Oya Ergün dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib. SİA-nın verdiyi məlumata görə, məşhur xanımlar "Christ the King" Luterant kilsəsində konsert proqramı ilə çıxış ediblər. Konsert Türkiyənin Hyustondakı Baş Konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Hyustonda Azərbaycan Mərkəzinin, SOCAR və Türk Hava Yollarının dəstəyilə keçirilib.
Konserti izləyən tamaşaçılar arasında Türkiyənin Hyuston baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin (Azərbacan Center)-in rəhbəri İradə Axundova, çoxlu sayda diplomatlar, Amerikalı sakinlər və Oya xanımın anası Ayşe Ergün və oğlu Alpdə olub.
Qeyd edək ki, yarım saat baş tutan konsertdə mindən çox tamaşaçı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB