Modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova "Bakı 2015" I Avropa Oyunlarının rəsmi simvolları ilə əl işi olan panno yaradıb. SİA-nın verdiyi xəbərə görə, panno yarışların ən yaxşı idmançılarından birinə təntənəli şəkildə təqdim ediləcək. Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar Azərbaycan təbiəti və mədəni irsinin simvolları olmaqla Azərbaycanın şanlı tarixini və perspektivli gələcəyini əks etdirir.
Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda dövlət tərəfindən qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Bu şəhərdə hər il ənənəvi Nar bayramı keçirilir. Nar həyat və enerjinin simvoludur.
Bu il iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları Avropa qitəsinin tarixində ilkdir.
Ümumilikdə Bakıda 20 idman yarışı keçiriləcək: 16-sı Olimpiya idman növləri, 4-ü isə qeyri-olimpiya idman növləri üzrə. Avropanın 6 mindən çox idmançısı ölkələrini 17 yarış günündə təmsil edəcək.
Bakı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi (EOC) tərəfindən I Avropa Oyunlarını keçirmək şərəfinə nail olub.
.jpeg)
.jpeg)
.jpeg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB