“Todes” Bakıda!

Heydər Əliyev Sarayında Alla Duhovanın rəhbəri olduğu şou-balet "Todes"in "Attention" adlı konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, "Todes" şou-baleti təkcə MDB-də deyil, həmçinin Avropa və dünyada ən yaxşı rəqs kollektivi kimi məşhurdur. Konsertdə tamaşaçılar səs və rəng effektindən, tək və kollektiv halda təqdim edilən rəqslərdən zövq alacaqlar.

Qeyd edək ki, iyunun 22-də, saat 19:00-da başlayacaq konsertlərin biletləri 10-50 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə