Müğənni Elnar Xəlilovun səhhətində problem yaranıb. SİA-ya açıqlama verən ifaçı ölümlə üzləşdiyini deyib: "Boğazım şişmişdi. Həkimə müraciət etdim. İynə vurdular. Təzyiqim düşdü. Əgər həkimlər 10 dəqiqə içərisində müdaxilə etməsəydilər həyatımı itirə bilərdim. Hazırda yaxşıyam".
Yaradıcılığından da söz açan ifaçı yeni bəstəsinin işıq üzü gördüyünü deyib: "Ritmik mahnı ərsəyə gətirdik. Bəstə "Sənsən" adlanır. Mahnının sözləri mənə, musiqisi və aranjimanı Dj Roshkaya aiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB