Elnarə Təhməzova uşaqlar evində

Həkim-dietoloq Ləman Süleymanova və teleaparıcı Elnarə Təhməzova kimsəsiz uşaqlar evini ziyarət ediblər. SİA-nın məlumatına görə, tez-tez uşaqlar evini ziyarət edən həkim-dietoloq Ləman Süleymanova bu dəfə də Binəqədi rayonunda kimsəsiz uşaqlar evində olub. Ziyarət zamanı həkim-dietoloq Ləman Süleymanova və teleaparıcı Elnarə Təhməzova valideyn himayəsindən kənarda qalmış uşaqları xatırlamağı borc bildiklərini söyləyiblər. Onlar vurğulayıblar ki, bu tip Sosial Məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd diqqət və mənəvi qayğıya ehtiyacı olan körpələrə sevinc və həyəcan bəxş etməkdir.

Daha sonra ərzaq və hədiyyələr uşaqlara paylanılıb, birgə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə