Xanəndələrimizlə “Pekində görüş” FOTOLAR

Xanəndələrimizlə “Pekində görüş” FOTOLAR

Çin Xalq Respublikasının (ÇXR) paytaxtında keçirilən ənənəvi "Pekində görüş" beynəlxalq incəsənət festivalı çərçivəsinə geniş konsert proqramı təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, musiqili gecə Çin paytaxtının ən möhtəşəm salonlarından olan Pekin Konsert Sarayında baş tutub. Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestri və xanəndələr xalq artisti Mənsum İbrahimov, Vüsalə Rəcova, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) tamaşaçılara unudulmaz musiqi gecəsi bəxş ediblər.

Proqrama Oqtay Zülfüqarovun "Bayram" uvertürası ilə start verilib. Vüsalə Rəcova maestro Niyazinin işləməsində xalq mahnısı "Qara gilə"ni ifa edib. Əməkdar artist Elnur Əhmədovun ifasında Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün ifası, Mənsum İbrahimovun "Kor ərəbin mahnısı"nı Çin tamaşaçısı hərarətlə qarşılayıb. Konsertin irəliləyən dəqiqələrinə əməkdar artist Elçin Həşimov Həsən Rzayevin "Çahargah" rapsodiyasını səsləndirib. Maestro Niyazinin "Vals" və Musa Mirzəyevin "Azərbaycan" rəqsi dinləyicilərə xoş ovqat bəxş edib. Sonda Mənsum İbrahimov Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasını səsləndirib.Tamaşaçı onları alqışları yenidən səhnəyə qaytarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə