Xalq artisti Aygün Kazımovanın müsahibələrin birində 2008 və 2015-ci illərdə Azərbaycanı "Eurovision" musiqi yarışmamasında təmsil edən Elnur Hüseynovu tanımaması əhali arasında bir mənalı qarşılanmayıb. SİA-nın məlumatına görə, xalq artisti hər zaman çıxışlarında və Azərbaycanı ilk dəfə "Eurovision" musiqi yarışmasında təmsil edən Elnur və Samir cütlüyünə xüsusi rəğbəti ilə seçilib. Müxtəlif kanallara müsahibələrində Aygün Kazımova cütlük haqda xoş sözlər deyib.
Məsələ ilə əlaqədar xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, müxbirin sualını düzgün başa düşmədiyindən belə cavab verdiyini bildirib: "Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Tam başa düşmədim söhbət kimdən gedir. Sualı anidən verdi. Yoxsa, Elnur Hüseynov və Samir Cavadzadə "Eurovision"da ölkəmizi təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışlardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB