Bolqar əsilli müğənni Bakıya gəlir

Bolqar əsilli müğənni Bakıya gəlir

Bolqar əsilli müğənni Azis Bakıya gəlir. SİA-nın məlumatına görə, bu barədə təşkilatçı Samir Xəttab açıqlama verib. Müğənni Azisin Bakı konsertini təşkil etmək üçün Bolqariyanın paytaxtı Sofiya şəhərinə yollanan təşkilatçı Samir Xəttab müğənninin çox sadə biri olduğunu bildirib: "Müğənninin ilk növbədə Azərbaycanla probleminin olub-olmamasını araşdırdım. Məlum oldu ki, belə bir problemi yoxdur. Hətta Azis Azərbaycanı çox sevdiyini bildirib. Çox sadə və kaprizsiz insandır. O qədər sadə insandır ki, Sofiyada qərib olduğumu bilib, heç yeri tanımadığımdan Azis özü görüş üçün mən qaldığım otelə gəldi. İnşallah, yayda konsert olacaq".

Qeyd edək ki, Samir Xəttab Azisin Bakı konsertinin 25 iyulda baş tutacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə