Məşhur aktyor Bakıda!

Türkiyənin tanınmış aktyoru Səlim Bayrakdar paytaxtımızın qonağı olub. SİA-nın verdiyi xəbərə görə, aktyor "Kırmızı" filminin qala gecəsində iştirak edib. Səlim ekran işi haqda jurnalistlərə fikirlərini bildirib: "Bu filmlə hamımız uşaqlığımıza səyahət edəcəyik. Hər dəfə mənfi obrazlarda yer alırdım. Bu dəfə isə tam fərqli, yaxşı insanı oynamışam. Filmimiz hələ Türkiyədə yayımlanmayıb. Sentyabrda qala gecəsi keçirəcəyik. İlk dəfə Azərbaycanda nümayiş olunur".

Filmin baş rol ifaçısı Cemal Hünalın da qala gecəyə qatılacağı deyilsə də, aktyor Bakıya gələ bilməyib. Bunun səbəbini isə S.Bayraktar belə açıqlayıb: "O da gəlmək istəyirdi. Əvvəlcədən danışıqlar aparmışdıq, birlikdə gələcəkdik. Amma Cemalın serial çəkilişi var. Həm də teatrda oynayır".

Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Yücel Müştekindir.

Bütün xəbərlər Facebook səhifəmizdə