Sənətçimiz Pekində Azərbaycan mahnısı səsləndirdi FOTOLAR

Sənətçimiz Pekində Azərbaycan mahnısı səsləndirdi FOTOLAR

Azərbaycanın Pekindəki səfirliyinin təşkilatçılığı ilə Respublika Gününə həsr olunan bayram konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, müğənni Vüsalə Rəcova əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança), Siyavuş Kərimovun (nağara) müşayiəti ilə Pekində konsert proqramı ilə çıxış ediblər. Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə bayram əhval-ruhiyyəli konsertdə yeni repertuarını təqdim edib.

Qeyd edək ki, yaradıcılıq səfərini davam etdirən ifaçı müəllimi, xalq artisti Mənsum İbrahimovla mayın 31-də birgə səhnəyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə