“Maşın şou”nun qalibi bəlli oldu

“Maşın şou”nun qalibi bəlli oldu

May ayının 9-dan evlərinizin qonağı olan, əməkdar artist Murad Dadaşovun təqdimatında yayımlanan "Maşın" realiti şousunun qalibi bəlli olub. SİA-nın verdiyi xəbərə görə, "Daha bir nağıl" devizi ilə efirə gedən yarışmada avtomobili müğənni Xatirə İslam udub.

Finala qalan üç iştirakçı - müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb. Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib və Rəşad Dağlının səhhətinin pis olduğu bildirilib. X.İslam açarı götürərək, Aşıq Əli, Emil Bədəlov və Rüfət Axundovu maşına otuzdurub, studiyadan gedib.

Qeyd edək ki, "Maşın"ın 18 iştirakçısı - xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Niyam Salami, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə